Nəqliyyat Nazirliyinin işçiləri sürücünü döyüb vəsiqəsini aldılar - ŞİKAYƏT

Nəqliyyat Nazirliyinin işçiləri sürücünü döyüb vəsiqəsini aldılar - ŞİKAYƏT
Bütün Xəbərlər
14:05 16.07.2013
2073

Baxşəliyev Məhərrəm adlı sürücü bu gün “Buta Palace” restoranının qarşısında Nəqliyyat Nazirliyinin işçiləri tərəfindən kobudluğa məruz qalıb.

Bu barədə AZXEBER.COM-un redaksiyasına zərərçəkən tərəfindən şikayət məktubu daxil olub.

Şikayətçi ikinci qrup Qarabağ əlili olan “QAZ 53” markalı nəqliyyat vasitəsinin sürücüsüdür. Məktubda qeyd edilib ki, hadisə bugün saat 12 radələrində baş verib. Nəqliyyat Nazirliyinin işçiləri sürücüyə qarşı nalayiq sözlər işlədərək bilinməyən səbəblərdən sürücünün əlillik vəsiqəsini əlindən alaraq gediblər. Nazirliyin işçiləri 4 nəfər olub. 10 NN  707 və 90 NN 708 dövlət nömrə nişanlı nazirliyin avtomobilində olan nəqliyyat işçiləri sürücüyə əl də qaldırıblar. Şikayətçi məktubda onu da qeyd edib ki, Nəqliyyat Departamentinin qaynar xəttinə zəng edərək şikayətini bildirdiyi halda onun şikayətinə baxan olmayıb.

Məhərrəm Baxşəliyevin yazdığına görə, onun əlindən alınan vəsiqə ilə əlillərin güzəştlərdən istifadə edəcəyi barədə Azərbaycan prezidenti İlham Əliyevin qərarı var.

Bu barədə Nəqliyyat Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun münasibətini öyrənmək istəsək də, çoxsaylı zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Bugünə qədər çoxsaylı şikayətlərə baxmayaraq Nəqliyyat müfəttişləri bu şikayətlərə çox nadir hallarda baxırlar.

Turxan Əliquliyev

OXŞAR XƏBƏRLƏR