Nazirliyin müfəttişləri paytaxt Bakıda fəaliyyət göstərən avtoyuma mənqələrindən hər ay 10 AZN pul toplayır.
Son günlər Nəqliyyat Nazirliyi ilə bağlı ölkə mətbuatında bir çox xəbərlər yayımlanır. Nəqliyyat Nazirliyinin müfəttişlərinin taksi sürücülərinə qarşı apardıqları “amansız münasibət” artıq bir çoxları tərəfindən bilinir.
Nazirlikdə illərlə davam edən müfəttiş özbaşınalığı təkcə taksi sürücüləri, sərnişin avtobuslarının sürücülərinə qarşı edilmir. Belə ki, paytaxtın demək olar ki, bütün avtoyuma məntəqələrini işlədən şəxslər nazirliyin müfəttişlərinə aylıq “xərac” verir .
Bu barədə AZXEBER.COM-un redaksiyasına müraciət edən və paytaxtda avtoyuma mənəqələrini işlədən sahibkarlar söyləyib. Onların sözlərinə görə, nazirliyin müfəttişləri hər ay onlardan 10 AZN məbləğində qeyri-qanuni pul toplayır:
“Hər ayın əvvəli nazirliyin müfəttişləri bizdən 10 AZN alırlar. Səbəbini soruşduqda isə, bu məbləğləri məcburi şəkildə verilməli olduğunu deyirlər. Qanunda isə avtoyuma mənqələrinin Nəqliyyat Nazirliyinə heç bir aidiyyatı yoxdur. Hesablasanız təkcə Bakı şəhərində 20-30 minə yaxın avtoyuma məntəqəsi var. Bunların hər birindən toplanan pulların kimə getməsi isə özü ayrıca müzakirə mövzusudur”.