Bu ilin sentyabr ayında nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 0,5 faiz və 0,1 faiz azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 9,9 faiz, yerli əlaqə üzrə 7,8 faiz, ixrac üzrə 0,8 faiz, tranzit üzrə 1,7 faiz, həmçinin MDB ölkələrinə sərnişindaşıma tarifləri 7,0 faiz ucuzlaşıb.Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşıb. Hava nəqliyyatında xarici ölkələrə sərnişindaşıma tarifləri 0,1 faiz, MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri isə uyğun olaraq 0,7 faiz və 10,5 faiz bahalaşıb.