Nərgiz Paşayeva amerikalı rektorla görüşdü - FOTOLAR

Nərgiz Paşayeva amerikalı rektorla görüşdü - FOTOLAR
MƏDƏNİYYƏT
17:44 21.01.2015
2052
Bakı Ali Neft Məktəbinin dəvəti ilə Hyuston Universitetinin rektoru və prezidenti Dr. Renu Xaturun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.AZXEBER.COM-un BANM-a istinadla verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə universitetin Qlobal strategiyalar və araşdırmalar üzrə prorektoru Ceyms Ortiz, Enerji məsələləri üzrə baş mütəxəssis Ramanan Krişnamurti, Elizabet Rokvel adına Kallen mühəndislik kollecinin dekanı Cozef Tedesko və magistratura şöbəsinin dekan müavini Sureş Xatur daxil olub.Səfər zamanı nümayəndə heyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, "ADA" Universiteti və Bakı Dövlət Universitetinin rəhbərliyi arasında ikitərəfli görüşlər keçirilib.Səfər çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva da qonaqlarla görüşüb. Görüşdə ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri və həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə qonaqlara məlumat verilərək, ikitərəfli əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.N.Paşayeva hazırda Oksford Universiteti ilə birgə Azərbaycanın tarixi və mədəniyyətinin araşdırılmasına yönəlmiş böyük bir layihənin üzərində iş getdiyini, Hyuston Universitetinin də bu layihədə iştirak edə biləcəyini qeyd edərək, rektor R.Xatura layihəyə qoşulmaq təklifini irəli sürüb. Öz növbəsində Dr. R.Xatur məmnuniyyətlə layihəyə qoşula biləcəklərini deyib.Rektor N.Paşayeva həmçinin Azərbaycan qadınlarının cəmiyyətdə tarixən mühüm statusa malik olduğunu vurğulayıb.Dr. R.Xatur fəaliyyət istiqamətləri baxımından hər iki universitet arasında birgə əməkdaşlıq üçün imkanların olduğunu və bu tərəfdaşlığın həyata keçirilməsinə hərtərəfli dəstək göstəriləcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
18:56 04.06.2026
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə