Nərgiz Paşayevanın qızı Bakıda 'PAT vəziyyəti' yaratdı - FOTOLAR

Nərgiz Paşayevanın qızı Bakıda
MƏDƏNİYYƏT
16:04 16.01.2013
5503
Bakıda YAY qalereyasında "YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə "PAT vəziyyəti" sərgisinin açılışı keçirilib. Trend-in məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, YARAT! Müasir İncəsənət Məkanı layihəsinin yaradıcısı Aida Mahmudova, tanınmış ictimai xadimlər, görkəmli mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər."YARAT! Müasir İncəsənət Məkanının bu kurator layihəsi 2012-ci ilin yayında Moskvada, "Mars" qalereyasında, 3-cü Beynəlxalq Biennale Gənclərin İncəsənəti sərgisi çərçivəsində uğurla təqdim olunub. Bu layihədə öz işlərində kişi və qadın arasında münasibətləri və dialoqu göstərməyə çalışan gənc əfqan rəssam və üç azərbaycanlı rəssam qız iştirak edir", - Aida Mahmudova jurnalistlərə bildirib.Qeyd edək ki, sərgi fevralın 16-dək davam edəcək.YARAT! təşkilatının məlumatında deyildiyi kimi, müasir dünyada kişilər və qadınlar arasında olan qarşılıqlı münasibət dəyişən yaşam şəraitinin kontekstində həmişə maraqlı və aktualdır. Onilliklərlə gender mövzusunda davam edən sosial-mədəni araşdırmalar demək olar ki, cinslər arasında olan münasibətlərə aydınlıq gətirmədi, əksinə hər şey daha da mürəkkəbləşdi.Çətinliklərin dərəcəsinin artması onunla əlaqələndirilir ki, müasir dünyada posmodernizmdən təyin olunmayan "X" zamanına keçid baş verir. Bu zəmanə özündə müxtəlif sistemləri birləşdirəcək: ənənəvi cəmiyyətdə yaşayanların zamanı ilə müasirlik rejimində yaşayanların zəmanəsini. Amma bir çox ölkələr qarışıq zəmanələr zonasında mövcud olur, hansı ki, bununla nəinki gender problemini radikallaşdırır, həm də yaradıcılıq üçün maraqlı materiallar verir. Misal üçün, Azərbaycandan gənc rəssamlar - Azərbaycanda yaşayan əfqan rəssam və 3 nəfər azərbaycanlı xanım rəssam.Əfqan rəssam Reza elə bir ölkədəndir ki, orada şəriət qanunları höküm sürür. Rezanın yaradıcılığı da daha çox patriarxal xarakter daşıyır: rəssam arxi-ənənəvi vasitələrdən istifadə edir - karandaş və kağız. Onun qəlbində şərq qərblə, cənub şimalla mübarizə aparır, çünki öz xanım həmkarlarından fərqli olaraq, o islam ölkəsindən dünyəvi ölkəyə - Azərbaycana gəlib və məcburdur ki, uyğunlaşsın. Qızlar doğulduqları gündən daha dünyəvi bir məkanda yaşayırlar. Həm də onların öz yaradıcılıq ideyalarının reallaşdırmaları üçün vasitə seçimi də çox genişdir - bu həm heykəltəraşlıq instalyasiyaları, həm video...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış tiktoker həbs edildi
16:22 30.07.2026
Tanınmış tiktoker həbs edildi
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı