Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı

Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
KRİMİNAL
16:06 23.09.2026
177
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən P.Mustafayev və Ə.İsmayılov saxlanılıblar.
 
Onlardan ümumilikdə 31 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR