‘Nərimanov’ stansiyasında bomba həyəcanı

‘Nərimanov’ stansiyasında bomba həyəcanı
Bütün Xəbərlər
18:20 22.10.2013
1423

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub.

AZXEBER.COM FHN-in rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə stansiyanın giriş və çıxışında, platformada, xidməti otaqlarda, keçidlərdə, ticarət köşklərində və ətraf ərazilərdə axtarış işləri aparıblar. Axtarışlar nəticəsində heç bir şübhəli əyşa aşkar edilməyib.

OXŞAR XƏBƏRLƏR