Nərimanov rayonunda “Bilik günü” geniş miqyasda qeyd edilib.
AZXEBER.COM xəbər verir ki, “Bilik günü” ilə əlaqədar rayon ərazisində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində tədbir keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək məktəbdə təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Daha sonra Milli Məclisin deputatı Adil Əliyev və digər çıxış edənlər Azərbaycanda təhsil sisteminin inkişafına, eyni zamanda şagirdlərə göstərdikləri qayğıya, onların yüksək səviyyəli təhsillə əhatə olunması, həmçinin xoşbəxt gələcəyi naminə sərf etdiyi əməyə görə dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya, Nərimanov Rayon İcra Hakimiyyətinə və bu cür gözəl tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkürlərini bildirib, fiziki məhdudiyyətləri olan uşaqlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.
Sonda internat məktəbinin şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri – məktəbli geyimləri və dərs ləvazimatları təqdim edilib.