AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
Binanın liftində köməksiz vəziyyətdə qalan sakinlər isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas ediliblər.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.














































