Nərimanovda tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri

Nərimanovda tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri
İQTİSADİYYAT
16:38 02.10.2026
462

Nərimanovda mənzil axtaranlar üçün yeni imkan: tikintisi davam edən mənzillər yeni satış şərtləri ilə

Tikintisi davam edən layihədən mənzil seçmək həm daha geniş seçim imkanları yaradır, həm də gələcək dəyər artımından yararlanmaq üçün fürsət verir. Xüsusilə şəhərin mərkəzinə yaxın ərazilərdə bu mərhələdə mənzil seçmək gələcək üçün düşünülmüş addımlardan biri ola bilər. Bu baxımdan Nərimanovda yerləşən "City Garden Narimanov” layihəsində tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri alıcılara əlavə imkanlar yaradır. Mənzilləri illik 8%-dən başlayan güzəştli kredit şərtləri ilə əldə etmək mümkündür.

Layihədə müxtəlif ehtiyaclara uyğun 60,30–150,67 kv.m sahəsində, 2 otaq studiyadan 4 otağa qədər premium təmirli mənzil seçimləri təqdim olunur. Daha geniş və fərqli yaşam tərzi istəyənlər üçün şəxsi bağçalı mənzillər də mövcuddur. Hazırda 47 800 manatdan başlayan ilkin ödənişlə 60,30 kv.m sahəsində 2 otaq studiya, premium təmirli mənzil əldə etmək mümkündür. 

"City Garden Narimanov”un yerləşdiyi ərazi də bu seçimi daha cəlbedici edir. Layihə Nərimanovda, Heydər Əliyev prospektinə və "N.Nərimanov” metro stansiyasına qısa məsafədə yerləşir. Şəhərin əsas istiqamətlərinə rahat çıxış, gündəlik ehtiyac duyulan məkanlara yaxınlıq və mərkəzi mövqe həm yaşayış rahatlığını artırır, həm də daşınmaz əmlakın gələcək dəyəri baxımından əhəmiyyət daşıyır.

Mənzillərdə Avropa istehsalı və tanınmış brendlərin materiallarından istifadə olunur. Döşəmələrdə Almaniya istehsalı "HARO” parketləri, elektrik açarlarında İtaliyanın "GEWISS” brendi, elektrik sistemində İtaliya istehsalı "Prysmian” yanmayan kabelləri tətbiq edilir. Divarlarda "Zambaiti Parati” divar kağızlarından, hamam aksesuarlarında Almaniyanın "GROHE” brendindən istifadə olunur. Sanitar qovşaqlar və ümumi sahələrdə isə İtaliyanın "Infinity” keramoqranitlərinə üstünlük verilir.

"City Garden Narimanov” yalnız mənzil seçimləri ilə deyil, geniş infrastrukturu ilə də fərqlənir. Meqa yaşayış kompleksi formatında qurulan layihənin ərazisində 17,4 hektar yaşıllıq sahəsi, qaçış, yürüş və velosiped zolaqları, açıq və qapalı hovuzlar, uşaq oyun meydançaları, fitness mərkəzi və digər imkanlar nəzərdə tutulub.

Mənzilləri yeni güzəştli kredit şərtləri ilə illik 8%-dən başlayan faizlə və ya 20 ilədək ipoteka ilə əldə etmək mümkündür. Digər seçim isə "Evini hissə-hissə al” modelidir. Bu modeldə mənzilə mərhələli şəkildə, faizsiz və aylıq öhdəliksiz şərtlərlə sahib olmaq mümkündür. Yəni bütün sahəni bir dəfəyə almaq əvəzinə istədiyin mənzilin sahəsini kvadrat-kvadrat əldə edə bilərsən. 

"City Garden Narimanov”un hazırkı satış mərhələsini qaçırma. Tikintisi davam edən mənzillər, yeni satış şərtləri və müxtəlif sahə və planlama seçimləri arasından sənə uyğun mənzili indi seçə bilərsən.

Ətraflı məlumat üçün satış ofisinə yaxınlaş və ya *1544 nömrəsinə zəng et.

Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi

Ətraflı: *1544

kristal.az

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
13:09 05.10.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
13:01 05.10.2026
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
12:58 05.10.2026
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:49 05.10.2026
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
Ramil Usubovun ailəsində - ağır itki
12:46 05.10.2026
Ramil Usubovun ailəsində - ağır itki