Sosial şəbəkələrdə Nərimanov Məhkəməsinin yerləşdiyi binanın yanması ilə bağlı məlumat yayılıb.
AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının məlumatına görə, hazırda həmin ərazidə yanğın baş verib. Amma yanğın Nərimanov Məhkəməsinin binasıdna deyil, yanındakı Kral idman salonunda qeydə alınıb.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.