Nərimanovda yol qəzası tıxac yaratdı

Nərimanovda yol qəzası tıxac yaratdı
Bütün Xəbərlər
10:10 28.07.2014
785
Hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.Qəza "Lexus" və "Audi" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Yol-patrul xidməti əməkdaşlarının hadisə yerində apardığı ilkin araşdırma nəticəsində müəyyən edilib ki, "Lexus" markalı avtomobil Ziya Bünyadov prospekti ilə hərəkət edirmiş. Avtomobilin sürücüsü "YOL VER" nişanına əməl etməyib və Azadlıq prospekti ilə hərəkətdə olan "Audi"ni vurub.Hadisə nəticəsində "Audi"nin sürücüsü xəsarət alıb. Onun xəsarəti yüngül olduğundan ilk yardımdan sonra evə buraxılıb.Qəza ilə əlaqədar Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində tıxac yaranıb. Qəzaya uğrayan avtomobillər evakuasiya edildikdən sonra nəqliyyatın normal hərəkəti tədricən bərpa olunub.
OXŞAR XƏBƏRLƏR