Nərmin Hüseynli dünyasını dəyişdi

Nərmin Hüseynli dünyasını dəyişdi
Bütün Xəbərlər
16:30 10.03.2014
9467
Uzun zamandır xəstəlikdən əziyyət çəkən Nərmin Hüseynli dünyasını dəyişib.
Bu haqda bacısı Mehin Hüseynli məlumat verib. Nərmin Türkiyədə müalicə aldığı klinikada vəfat edib.
Xatırladaq ki, Nərmin qəfildən limfa hüceyrələrinin xərçənginə mübtəla olmuşdu. Xəstəliyin ən ağır 4-cü mərhələsində idi.
Nərmin Hüseynlinin həyatını xilas etmək üçün Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirilmişdi. Və onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanmışdı.
İki gün əvvəl həkimlər N.Hüseynlinin beyin qanaması keçirdiyini və bunun qarşısının alındığını bildirmişdilər. Bu gün alınan acı xəbərdən anlaşılır ki, həkimlərin onun həyatını xilas etmək cəhdləri uğursuz olub.
Allah rəhmət eləsin.
OXŞAR XƏBƏRLƏR