Nəsimi rayonunda tibbi müayinə uğurla davam etdirilir - Fotolar

Nəsimi rayonunda tibbi müayinə uğurla davam etdirilir - Fotolar
SOSİAL
11:07 21.02.2019
3006
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Respublika əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısının imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlarına əsasən Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verən səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır.

AZXEBER.COM xəbər verir ki, ölkə başçısının tapşırığına uyğun olaraq 2019-cu il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafikləri tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.

Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində rayon sakinlərinə xidmət göstərən poliklinikalarda tədbirin keçirilməsi üçün müvafiq şərait yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur.

20 saylı şəhər poliklinikasında keçirilən tibbi müayinə zamanı Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirmişdir ki, rayonda tibbi müayinənin keçirilməsi üçün işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün hazırlıq işləri aparılmış, poliklinikalar lazımi dərman preparatları ilə təchiz olunmuş, burada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.

Nəsimi rayonunda yerləşən özəl səhiyyə müəssisələrində də Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq əhalinin tibbi müayinədən keçirilməsi işləri aparılır. Nəsimi rayon İcra Hakimiyyətində hazırlanmış tədbirlər planına uyğun olaraq 20 fevral 2019-cu il tarixdə Nəsimi rayonunda yerləşən Bioloji Təbabət Klinikasında əhalinin tibbi müayinəsi təşkil edilmişdir.Tibb müəssisəsində sakinlər əvvəlcə terapevt tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə oftalmoloq, ultrasəs və digər müayinələrdən keçirilmişlər.

Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikaların həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən Nəsimi rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişdirlər.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
12:28 27.06.2025
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb