Nəsimi və Nərimanov rayonlarının suyu kəsildi

Nəsimi və Nərimanov rayonlarının suyu kəsildi
Bütün Xəbərlər
10:30 21.02.2012
1135

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.

Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu məqsədlə Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava yaşayış massivində 600 mm-lik yeni magistral su xəttinin şəbəkəyə qoşulması işləri həyata keçirilir. Bununla əlaqədar fevralın 21-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

OXŞAR XƏBƏRLƏR