ABŞ-ın Florida ştatının sakini Rayçel Ann Heys Facebook sosial şəbəkəsində onun dostluq təklifini qəbul etmədiyi üçün nənəsinin sifətinə bir neçə dəfə zərbə vurub.
Trend WFLA-ya istinadən bildirir ki, 27 yaşlı nəvə 72 yaşlı nənəsinə hücum edərkən sərxoş vəziyyətdə olub.
Hadisə yerinə gələn polislər R.A.Heysi həbs ediblər. Məhkəmə prosesində qadın bildirib ki, o işini itirməkdən qorxur və girovun ödənilməsi müqabilində azadlığa buraxılması üçün ağlayaraq yalvarıb. Lakin A.Heys nənəsini döydüyünə görə üzr istəməyib.
Daha sonra nənə deyib ki, o 27 yaşlı nəvəsini Facebook-da dostluğa ona görə qəbul etməyib ki, nəvəsinin sosial şəbəkədəki adı onun xoşuna gəlməyib. Belə ki, qız özünü “Rachel Frickin Hayes” adlandırıb.
Məhkəmə isə Ann Heysi 9 min dollar girov müqabilində azadlığa buraxıb.
Qeyd edək ki, A.Heys bundan əvvəl sərxoş vəziyyətdə törətdiyi hadisələrə görə 3 dəfə polis tərəfindən saxlanılıb.