Neymarın atası bu klubun baş direktoru oldu

Neymarın atası bu klubun baş direktoru oldu
İDMAN
03:16 08.11.2026
82
Braziliyanın "Santos” klubunun hücumçusu Neymarın atası Neymar da Silva komandanın baş direktoru vəzifəsinə təyin edilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Neymar dekabr ayına qədər klubun planlaşdırılmasında strateji mövqe tutacaq. Dekabrın 12-də keçiriləcək prezident seçkilərində Marselo Teyşeyra yenidən seçilərsə, Neymarın atası vəzifəsində qalacaq.

Qeyd edək ki, Neymar 2025-ci ildən "Santos”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı il dekabrın 31-də başa çatır.

34 yaşlı futbolçu bu mövsüm "Santos”un heyətində 27 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.
 
///teleqraf
OXŞAR XƏBƏRLƏR