Nəzrin İbrahimova: Həyat yoldaşıma yazan qızlara deyirəm ki, parolu məndədir - VİDEOMÜSAHİBƏ

Nəzrin İbrahimova: Həyat yoldaşıma yazan qızlara deyirəm ki, parolu məndədir - VİDEOMÜSAHİBƏ
MAQAZİN
12:42 10.06.2020
28344
AZXEBER.COM-un "Sosial şəbəkə ulduzları" rubrikasının qonağı tanınmış blogger və iş adamı Nəzrin İbrahimovadır. 



- Özünüzü oxucularımıza təqdim edin...
- Mən Nəzrin İbrahimova, sənətim interyer dizaynerdir amma özəl iş seçmişəm. "Nezzin" gəlinlik evinin sahibiyəm.
 
- Məşhur ailənin gəlinisiz. Həyat yoldaşınız Ramin İbrahimov və qaynınız Turan İbrahimov teleaparıcıdır. Məşhur ailənin gəlini olmağın mənfi və müsbət cəhətləri nədir?
 - Bu mənim həyatımı tamamilə dəyişdi. İstər-istəməz Raminlə bir həyata başlayanda insanların marağına səbəb oldu. İnstagram səhifəm artdı və bu da mənə görə maraqlı gəldi. Raminlə evlənəndən sonra izləyicilərimin sayı artdı. 
 
- Həyat yoldaşınızla tanışlığınız necə oldu?
- Biz sosial şəbəkədə tanış olmuşuq. Bir proqram var idi, hansı məkanda olduğunu işarə edirdin. Təsadüfən biz eyni yerdə oturanda baxıb ki, bu qız da buradadır. O mənə həmin proqramda yazanda aparıcı olduğunu bilmirdim. Sonra TV yazdığını görüb İnstagramda izləməyə başladım ki, görüm bu kimdir. Hələ də mənə deyir ki, sən mənə "padxod” eləmisən. (gülür) İlk görüşdə boyu balaca olduğu üçün bəyənmədim. Sonra əl çəkmədiyini görüb tanımağa başladım. Tanıdıqca da xarici görünüş arxa planda qaldığı üçün bir-birimizi sevib, ailə qurduq.
 

 

- 2 uşaq anasısız, bununla yanaşı həm iş qadınısız, həm də sosial şəbəkədə çox aktivsiz. Bu qədər işi necə bacarırsız?
- Əslində, hamısıyla yarım məşğul oluram (Gülür). Gözləyirəm uşaqlar böyüsün ki, işlərimi görə bilim. Gününü, işini İnstagrama ayıranlar var ki, mən bunu edə bilmirəm. Eynilə də gəlinlik evini. Amma yenə də şükür Allaha ki, ayaqdayıq, davam edirik.
 
- Özünüzü sosial şəbəkə ulduzu hesab edirsiz?
- Müəyyən bir kütlə tərəfindən sevildiyimi düşünürəm. Uşaq vaxtı kaş ki, mənim səsim olardı, meqastar olardım deyə arzular qururdum. Ancaq ulduz sözü daha böyükdür, mən özümü belə görmürəm.
 
- Bu qədər izləyicini necə topladız?
- Məncə izləyicilərin səmimiyyətə ehtiyacı var. Fikrimcə məndə bunu gördükləri üçün izləməyə başladılar.
 


- Xanımlar daha çox sizə hansı mövzuda sizə müraciət edir?
- Daha çox nəyi haradan aldığımı soruşurlar. Daha sonra məndən ailəvi mövzularda məsləhət istəyirlər. Yoldaşım mənə baxmır, qaynanam belədir, baldızım belədir. Bu mesajları görəndə özüm də çaşıb qalıram. Hətta buna görə arada özümü danlayıram ki, bu qədər səmimi olmaq lazım deyil. Buna görə də məndən hər şeyi soruşmağa çəkinmirlər. Hətta mənə "siz" deyə müraciət edən yoxdur. Ancaq "sən" deyə müraciət edirlər. Mən bundan incimirəm sadəcə düşünürəm ki, salam verilərək başlamalıdır söhbət.
 
- Sosial şəbəkədən gələn hər hansı mesaj və ya rəy yoldaşınızla aranızda problem yaradıbmı?
Məni izləyən hər kəs Ramin İbrahimovun yoldaşı olduğumu bilir. Həmçinin də Ramini izləyənlər məni bilir. Bəzən görürüm ki, mənə yox, Raminə yazırlar. Uşaqla bağlı məsləhət alacaqlarsa, nəyə görə mənə yox Raminə yazırlar? Ata nə dərəcədə məsləhət verə bilər? Ramin onunla çox səmimiyyət quranda yazır ki, yoldaşıma yazın. Yenə də ona yazanda mənim xoşuma gəlmir. Çünki bunun altında başqa niyyət görürəm. Elə olanda özüm ortaya girib yazıram ki, Nəzrin xanımdır, Raminin parolu məndədir. Mən qısqancam və çox sahiblənirəm.
 
- Reklamdan ən çox gəliriniz nə qədər olub?
- Mən bu işə hələ indi-indi başlayıram. Hələ indi bilirəm ki, insanlar səhifədən pul qazanırmış. Mən bu vaxta kimi xeyriyyə ilə məşğul olmuşam. Doğurdan da indi görürəm ki, hədiyyə götürürlər və onun üzərində də pul qəbul edirlər. Mənə yazırlar ki, Nəzrin xanım sizə hədiyyə göndərmişik. Hədiyyə də göndəribsə, geri qaytarılmaz və mütləq ki, paylaşmalısan. 2-3 aydır mən də sosial şəbəkədən gəlir əldə etməyə başlamışam.
 

 

- Digər bloggerlərlə münasibətiniz necədir?
- Mən hər kəsdən uzaq gəzməyə çalışıram. Ümumiyyətlə, məsafəli insanam. Bir az da ki, indi dostluqlar "K”-lar (instagram izləyciləri) üzərində qurulub, mən belə adamlardan tamamən uzaq gəzirəm. Gördüyünüz əhatənin bir-birindən çıxarı var deyə birlikdədilər. Bəlkə də düz edirlər bilmirəm. Amma mən daha çox səmimiyyət tərəfdarıyam.
 
- Səmimi müsahibəyə görə təşəkkür edirəm.
- Mən sizə təşəkkür edirəm.

Mələk Cabbar,
AZXEBER.COM


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi
19:40 17.09.2026
ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi
4 gün iş olmayacaq
19:10 17.09.2026
4 gün iş olmayacaq
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
18:47 17.09.2026
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
18:35 17.09.2026
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
18:23 17.09.2026
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
17:54 17.09.2026
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
İsmayıllı rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
17:51 17.09.2026
İsmayıllı rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
17:43 17.09.2026
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
ADNSU-nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu
17:34 17.09.2026
ADNSU-nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu
Goranboyda 22 yaşlı gənc oğlanın meyiti tapıldı
17:29 17.09.2026
Goranboyda 22 yaşlı gənc oğlanın meyiti tapıldı
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"
17:20 17.09.2026
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu - FOTOLAR
17:14 17.09.2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu - FOTOLAR
Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir
17:03 17.09.2026
Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir
Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
16:55 17.09.2026
Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
16:37 17.09.2026
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"
16:32 17.09.2026
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"