Nicat Dağların səhhəti ilə bağlı prezidentə müraciət edildi

Nicat Dağların səhhəti ilə bağlı prezidentə müraciət edildi
MEDİA
00:45 10.07.2013
1785

Tanınmış jurnalist Nicat Dağların sağlıq durumunda yaranmış ciddi problemlə bağlı olaraq, bu gün ölkənin bir sıra jurnalistləri dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Müraciətin mətnində bildirilir: "Bu müraciəti yazmaqda məqsədimiz Sizdən tanınmış jurnalist, teleqraf.az saytının baş redaktoru, 15 ildən artıq mediada çalışan Nicat Dağların (Hüseynov) ağır xəstəlikdən xilası üçün kömək istəməkdir. Sizin hər bir Azərbaycan vətəndaşına və onun problemlərinin həllinə sayğı ilə yanaşdığınıza əminik, daim bu cür xeyirxah əməllərinizin şahidi olmuşuq və inanırıq ki, bizim müraciətimizə biganə qalmayacaqsınız. Diqqətinizə çatdırırıq ki, Nicat Sakit oğlu Hüseynovun səhhəti iki həftə öncə qəfildən pisləşmiş, onda öncə daxili, daha sonra xaricə nüfuz kəllədaxili qanaxmalar müşahidə edilmişdir. İlkin müayinələri zamanı onun qara ciyərinin və dalağının normadan 2 dəfədən də artıq böyüdüyü, ciddi zədə aldığı aşkarlanıb. Onun vəziyyəti ötən həftə daha da ağırlaşdığı üçün yaxınları təcili olaraq Gürcüstana aparmaq məcburiyyətində qaldılar. Müayinələr zamanı Nicat Dağların qanının tərkibində parçalanmalar baş verdiyi üzə çıxıb.

Hazırda onun durumu kritikdir. Həkimlərin ilkin rəyinə görə, bu tip qan və qaraciyər xəstəliklərinin müalicəsi üçün külli-miqdarda vəsait tələb olunur. Hazırda tələb olunan və gərəkən xərclərin dəqiq məbləği də müəyyən deyildir. Nicat Dağların hazırda müalicəsini həyata keçirmək üçün maddi imkanları yoxdur.

Nicatın iki azyaşlı övladı var, uzun illərdir xəstə olan anası da onun öhdəliyindədir, həmçinin kirayədə yaşayır. Mətbuatda öz imzasını təsdiqləmiş, vicdanla çalışmış, vətənpərvər, dövlətçilik prinsiplərimizi, milli maraqlarımızı daim təbliğ etmişdir. Cənab prezident! Hörmətli Mehriban xanım! Nicatın sağalması, balalarını böyütməsi, öz missiyasını davam etdirməsi üçün tələb olunan vəsaitləri olmadığı və bizim də bu imkanlarımız məhdud olması, həmçinin, vəsaitlərin qısa bir zamanda – 3-5 gün ərzində əldə olunması zərurəti yarandığından Sizdən köməklik göstərməyinizi xahiş edirik və Sizə güvənirik! Öncədən təşəkkür edirik!” Müraciətə ölkənin nüfuzlu baş redaktorları, media qurumlarının rəhbərləri, sıravi jurnalistlər qoşulublar, hazırda imzalanma prosesi davam edir, sənəd qısa müddətdə yekunlaşdırılaraq ünvanına göndəriləcək. (musavat.com)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb