Nigaha daxil olan gənclərdən tibbi arayış tələb oluna bilər - VİDEO

Nigaha daxil olan gənclərdən tibbi arayış tələb oluna bilər -  VİDEO
Bütün Xəbərlər
00:14 30.08.2013
1353
Nəticəsi ağır ola biləcək məsələ- nigaha girərkən tərəflərin tibbi yoxlanışdan keçməmələridir. Sağlam ailə qurulması üçün, ailə təməlinin möhkəm olması üçün nigaha daxil olan gənclərin tibbi arayış təqdim etmələri məqsədə uyğun hesab edilir. Gələcəkdə bu məsələ icbari xarakter daşıya bilər.Statistikaya əsasən ailə quran cütlüklərin 13 %-nin övladları olmur. Mütəxəssislər sonsuz ailələrin sayının çoxluğunu nigahdan əvvəl tibbi müayinənin aparılmaması ilə bağlayırlar.Tibbi ekspertlər hesab edirlər ki, bu gün bir çox xəstəliklər genetik, endemik yollarla keçir və bu səbəbdən də ailə quran gəncələr üçün sağlam nigah mütləqdir. Nəzərə alsaq ki, heç kəs vərəmin ağır formasından, hepatit S və B xəstəliklərindən, qan uyğunsuzluğundan, qara ciyər serrozundan sığortalanmayıb, o zaman tibbi müayinədən keçmək məqsədəuyğundur.Tibbi ekspert Adil Qeybulla belə hesab edir ki, ailə quran gənclərdən tibbi arayışın tələb olunması müsbət nəticələr verə bilər: “Ümumiyyətlə, belə bir protokol məncə artıq hazırlanmalıdır. Həmin çekapda hansı tibbi müayinələrdən keçmək lazımdır, onlar qeyd olunmalıdır. Xarici təcrübədə, məsələn ərəb ölkələrində valideynlər övladlarını əvvəlcədən müayinədən keçirir, bu barədə məlumatı ailələrə verir”.Artıq sözügedən məsələnin Milli Məclisin payız sessiyasında müzakirə edilməsi gözlənilir. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin açıqlamasına görə, nigaha daxil olanlardan tibbi arayışın tələb olunması, ailə qurmağa hazırlaşan cütlüklərlə bağlı bir sıra məlumatların gizlin saxlanılması və və digər məsələlər Ailə Məcəlləsinə əlavə və dəyişikliklərdə öz əksini tapacaq. Layihə qəbul edilərsə, saxtakarlığa yol verənlər məsuliyyətə cəlb olunacaqlar.
Ailə qurmağa hazırlaşan gənclərinsə bu məsələ ilə bağlı fikirləri birmənalı deyil.
OXŞAR XƏBƏRLƏR