Nigar Camal yeni klipini təqdim etdi - FOTOLAR

MARAQLI
12:37 04.04.2013
3803

Azərbaycanı “Avroviziya - 2011” mahnı müsabiqəsində təmsil edərək qalib adını qazanan Nigar Camalın yeni klipinin təqdimatı keçirilib.

AZXEBER.COM-un məlumatına görə, “Həyəcanın yaşı yoxdur” adlı mahnının klipi şəhərin məşhur əyləncə mərkəzlərindən birində reallaşıb.

Tədbirdə Nigar Camalın “Avroviziya – 2011”də duet yoldaşı olan Eldar Qasımov daxil olmaqla bir çox yerli şou-biznes ulduzları da iştirak edib. Tədbir əsnasında müğənninin prodüseri və sözügedən mahnının bəstəkarı İsa Məlikov klip barədə maraqlı bir faktı da açıqlayıb. O, klipin 3D formatında çəkildiyini bildirib.

Müxbirlərin suallarını cavablandıran Nigar xanım klipin çəkilişləri zamanı baş verən maraqlı hadisələrdən danışıb. Müğənni buz üstündə çox üşüdüyünü deyib.

Tədbirdən sonra ifaçının duet ortağı Eldar Qasımov Nigar xanıma təbriklərini çatdırıb.

Sonda Nigar Camal tezliklə yeni layihəsini və daha bir klipini də təqdim edəcəyini sözlərinə əlavə edib.

Çinarə

OXŞAR XƏBƏRLƏR