Nigar Həsənzadə Monteneqroda nüfuzlu festivalda iştirak edib - FOTO

Nigar Həsənzadə Monteneqroda nüfuzlu festivalda iştirak edib - FOTO
MƏDƏNİYYƏT
15:31 10.09.2019
4610
2019-cu ilin 3-5 sentyabr tarixlərində Monteneqronun Biyelo Polya şəhərində 49-cu "Ratkoviç Poeziya axşamları” festivalı keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, bu festival regionun ən böyük və əhəmiyyətli mədəniyyət tədbirlərindən biridir. 

İlk dəfə bu festivalda Azərbaycan da təmsil olunub. Ölkəmizi tədbirdə müasir Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə də ən parlaq və tanınmış nümayəndələrindən biri, "Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə təmsil edib. 

Nigar Həsənzadənin monteneqro dilinə tərcümə edilmiş şerlərinin Azərbaycan dilində ifası böyük maraq və alqışlarla qarşılanıb. 

Monteneqroya səfəri çərçivəsində Nigar Həsənzadə eyni zamanda Monteneqronun Mədəniyyət naziri Aleksandr Boqdanoviç, Akademik Zuvdiya Hodzic, Müstəqil Yazıçılar Birliyinin sədri Milorad Popoviç, tanınmış dramaturq və yazıçı Dragana Tripkoviç, "Nyegoş” Xalq kitabxanasının təmsilçiləri Bojidar Proroçiç və Olivera Martinoviçlə görüşmüş, iki ölkə arasında mədəniyyət və ədəbiyyat sahəsində əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi imkanları müzakirə edilmişdir. 

Həmçinin, N.Həsənzadə 2013-cü ildə Podqoritsa şəhərində ucaldılmış Hüseyn Cavid büstünü ziyarət etmiş, Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinə baş çəkərək, Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmuşdur. 
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR