AZXEBER.COM xəbər verir ki, təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov səbəbkarı təbrik edib: “Nigar çox istedadlı xanımdır. Türkiyədə telejurnalist kimi fəaliyyət göstərir. “Pamukun Qonşusu” kitabının ilk oxucusu mən oldum. Esselər çox maraqlıdır. Kitabın davamının gəlməsini arzu edirəm”.
Kitabın redaktoru yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli isə kitaba ön söz yazdığından da söhbət açıb: “Nigar İsmayılqızının zəngin iç dünyası var. İnsanların psixologiyasını çox gözəl bilir və ona uyğun esselər yazıb”.
Təqdimat mərasimində xalq yazıçısı Çingiz Abdullayev, əməkdar artist Füzuli Hüseynov, xalq rəssamı Arif Hüseynov, rəssam Rəşad Mehdiyev və başqaları iştirak edib. Məlumat üçün deyək ki, kitab Azərbaycan Yazıçılar Biriliyi tərəfindən nəşr edilib.






