Katarakt

Nigar Şabanova XTQ gizirinin üzüyünü qaytarıb? - AÇIQLAMA

MAQAZİN
15:46 14.06.2021
3634

Əməkdar artist Nigar Şabanova nişanını atması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Bu haqda BAKU.WS-ə danışan sənətçi, yayılan xəbərləri təkzib edib və şayiə olduğunu bildirib:

"Mən heç bir mətbuat orqanına elə açıqlama verməmişəm. Sübut etsinlər ki, nişanı qaytarmağımla bağlı nəsə demişəm. Heç bir müxbirə elə məlumat verməmişəm.

Səhər tezdən oyanandan bu xəbərləri eşitdim, hələ də özümə gələ bilmirəm. O məlumatlar düzgün deyil. Elə bir xəbər yoxdur”.

Qeyd edək ki, Nigar Şabanova bir müddət əvvəl XTQ giziri ilə nişanlanıb. Cütlüyün toyu pandemiyadan sonraya planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR