07:13 çərşənbə, 19 Fevral 2020
İDMAN

Nikola Yurçeviç: "Azərbaycan yığmasındakı hər andan həzz aldım"

20:41, 03.01.20206523
Nikola Yurçeviç:
"AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə rəhbərik etdim. Bu, mənim üçün böyük mübarizə oldu".

AZXEBER.COM Apasport.az-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikola Yurçeviçə məxsusdur.

AVRO-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışa görə vəzifəsindən kənarlaşdırılan xorvatiyalı feysbuk səhifəsində paylaşım edib. N.Yurçeviç yenə belə fürsət gözlədiyini gizlətməyib: "Yığmadakı hər andan həzz aldım. Hər kəsə təşəkkür etmək istəyirəm: futbolçulara, köməkçilərə, dəstək verənlərə, AFFA-ya... İndi isə səbirsizliklə yeni fürsətləri gözləyirəm".

Qeyd edək ki, N.Yurçeviçin rəhbərliyi altında keçirilən 8 seçmə oyunundan yeddisində uduzan millimiz yalnız bir heç-heçəyə nail olub.
XƏBƏR LENTİ