Nişan mərasimi olan gənc yol qəzasında həyatını itirdi

Nişan mərasimi olan gənc yol qəzasında həyatını itirdi
Bütün Xəbərlər
11:54 12.01.2015
2052
Ağstafada ağır yol qəzası baş verib. Nişan mərasimi olan gənc qəzada dünyasını dəyişib.
AZXEBER.COM  Kəpəz TV-yə istinadən bildirir ki, hadisə rayonun Poylu kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobili ilə hərəkətdə olan sürücü, Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini Elçin Məmmədov idarəetməni itirərək avtomobilini aşırıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib. Avtomobildə olan Aşağı Kəsəmən kənd sakinləri - 19 yaşlı Qara Məmmədov, 25 yaşlı Emin Pənahov, eyni yaşda olan Tərlan Hüseynli müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Qəza baş verən ərazidə bir neçə ay öncə də ölümlə nəticələnən yol qəzası baş vermişdi. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR