Nişana bir gün qalmış baş verən qəza - bayram günü faciəsi

Nişana bir gün qalmış baş verən qəza -  bayram günü faciəsi
Bütün Xəbərlər
16:11 22.03.2015
2602

Gənc sürücü nişanlısı ilə birlikdə yol qəzasında dünyasını dəyişdi

Bu gün Xaçmaz rayonunda ağır yol qəzası baş verib. AZXEBER.COM-un anspress-ə istinadən verdiyi məlumata görə, bu gün saat 11 radələrində Xudat-Nabran yolunda “Mercedes” markalı 40 BL 270 nömrə nişanlı avtomobil sürətlə hərəkət edərkən idarəetməni itirib. Avtomobil yol kənarındakı avtoyuma məntəqəsinə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü İlqar Əli oğlu Əliyev hadisə yerində ölüb. Onun sərnişini 2000-ci il təvəllüdlü Fatimə Kamran qızı Yahyayeva ağır yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Hafiz Əliyevin verdiyi məlumata görə, avtomobilin sürücü İlqar Əliyevin sabah nişanı olacaqdı. Onun yanındakı sərnişin isə onun nişanlısı olub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR