Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.
AZXEBER.COM məsələylə bağlı xalq artisti ilə əlaqə saxlayıb.
Niyaməddin Musayevin sevincini belə dilə gətirib: "Çox sağolsun prezident İlham Əliyev ki, daim sənət adamlarını diqqətdə saxlayıb, dəyərləndirir. Yazdığım nəğmələrin və sənətimin Prezident tərəfindən dəyərləndirilməsi məni çox sevindirir, xoşbəxt edir. Əlbəttə ki, qiymətlənməyəndə adam məyus olur.
Sizi ilk kim təbrik sualına sənətçi belə cavab verib: "Hələ ki, televiziyada elan olunmayıb axı".
Nazim Qasımzadə