AZXEBER.COM-a açıqlamasında BAXCP sədrinin siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı Xeyrəddin Qocanın “Kürdlərin dövləti qurulmalıdır və bu gec-tez olacaq” fikrinə kəskin etirazını bildirib.
Sədr müavini onun bu açıqlamasını böyük bir biabircılıq adlandırıb: ”Xeyrəddin Qoca “Kürdlərin dövləti qurulmalıdır və bu gec-tez olacaq” fikirini səsləndirməsi, birbaşa Türk xalqına qarşı həqarətdir, Türkiyənin suverənliyinə qarşı çıxmaqdır. PKK kürd terrorcuları ilə Xeyrəddin Qocanın arzuları eynilik təşkil edir. Onlar Türkiyəni parçalayıb “dövlət” qurmaq arzusundadırlar və buna görə hər gün Türk əsgərini və türk xalqını qanına qəltan edir və 30 min günahsız insanı qətlə yetitriblər. Min dəfə təəssüf edirəm ki, Xeyrəddin Qoca kimi bir insan Azərbycan dövlətini və onun xalqını konsul kimi qardaş Türkiyədə təmsil edib. Bu adamın arzusu ürəyində qalacaq və PKK nə 100 il bundan sonra, nə də 200 ildən sonra Türkiyədə “dövlət” qura bilməyəcək və Xeyrəddin Qocanın da arzusu üreyində qalacaq və ölüb gedecek!”