Niyə fəstfudlar asılılıq yaradır? – Gözümüzdən qaçan səbəb

Niyə fəstfudlar asılılıq yaradır? – Gözümüzdən qaçan səbəb
SOSİAL
01:36 09.09.2026
42
Fastfudun tərkibindəki yağ və şəkərin birləşməsi belə qidalara olan istəyi gücləndirir. 

Bu barədə "NEWS.ru”ya cərrah Aleksandr Umnov bildirib. O, zərərli qidaların həddindən artıq qəbulunun ürəyə mənfi təsir etdiyini vurğulayıb.
 
Həkimin sözlərinə görə, fastfudda yağ və şəkərin birləşməsi beyində həzz mərkəzlərini aktivləşdirə, bu cür qidalara meyli artıra və hormonal balansı poza bilər.

Belə hallarda bu qidaları müvəqqəti olaraq tamamilə rasiondan çıxarmaq tövsiyə olunur. Bu, fastfud qəbulunun yaratdığı dövrü qırmağa kömək edə bilər.

"Ən əsası fastfudu qidalanmanın əsasını təşkil edən məhsula çevirməməkdir. Bu, həm ürək, həm də bütövlükdə orqanizm üçün təhlükəlidir. Xroniki xəstəlikləriniz varsa və ya risk qrupundasınızsa, qida rasionunuzu kardioloqla müzakirə etməyinizi tövsiyə edirəm. Həkim sizə fərdi tövsiyələr verə bilər”, - deyə Umnov bildirib.
OXŞAR XƏBƏRLƏR