"Niyə mənimlə maraqlanan yoxdur?” - Xalq artisti şikayətləndi

"Niyə mənimlə maraqlanan yoxdur?” - Xalq artisti şikayətləndi
MƏDƏNİYYƏT
14:34 10.06.2025
1382
"Mənim göydə Allah, yerdə isə Lalə Azərtaşdan başqa güvəndiyim heç kəs yoxdur".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.
 
Ağır sağlamlıq problemləri yaşayan aktrisa səhhətindən danışıb:
 
"Düzünü demək lazımdırsa, heç yaxşı deyiləm. Ağır insultdan sonra yıxıldım, qolum çiynimdən sındı. İndi onunla əlləşirəm, hələ də həkimlərdə qalmışam. Hazırda iltihab var, qolum kəsilə bilər. Belə olsa mən yaşaya bilmərəm, özümü öldürərəm. Bu onun üstünə atır, o bunun üstünə atır. Heç kim mənimlə maraqlanmır. Demək ki, mən heç kimə lazım deyiləm. Bir dərin təşəkkürüm Lalə Azərtaşadır. Bütün ümidlərim yalnız onadır. Sabah onun verilişində olacağam, məni həkimə göstərəcək. Yaxşı travmatoloqa ehtiyacım var. Bu çətin günlərdə anladım ki, mənim tək dostum Allahdır". 
 
Xalq artisti aidiyyatı qurumların onun səhhəti ilə bağlı heç bir tədbir görmədiyini deyib:
 
"Bəs hanı bu aidiyyatı qurumlar? Niyə mənimlə maraqlanan yoxdur? Axı mən də insanam, mən də adamam... Abırıma qısılıb sakit oturmuşam. Bu qədər üzlər güldürmüşəm, insanlara sevinc bəxş etmişəm, budurmu layiq olduğum münasibət? Özümə qarşı çox ögey münasibət görürəm. Artıq yarımcan olub yaşayıram, buna yaşamaq demək olarsa... Köməyə ehtiyacım var, artıq maddi olaraq da xərcləri qarşılaya bilmirəm. Həyatım harda qırılar-qırılar, Allah Kərimdir. Heç kəsdən yox özümdən küskünəm, özümdən narazıyam. Amma ölməsəm sağ qalsam, İnşallah səhnələrə qayıdacağam!"
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
18:03 10.10.2026
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
Fatimə: “İlk sevgim, duam odur”
17:54 10.10.2026
Fatimə: “İlk sevgim, duam odur”
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
17:45 10.10.2026
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
15:34 10.10.2026
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
15:23 10.10.2026
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir