Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin “Nizami” metro stansiyasında uzun müddət təmirə dayanan eskalator bu gün gunorta saat 15.30-da əsaslı təmirdən sonra vaxtından əvvəl istifadəyə verilib.Bu barədə AZXEBER.COM-a Bakı Şəhər Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
N.Paşayev onu da qeyd edib ki, stansiyada təmirə dayanan eskalatorun bu ilin fevral ayının 2-də təmir işlərini başa vurub istifadə verilməsi nəzərdə tutulsa da, görülən işlər vaxtından əvvəl bu gün başa çatdırılıb.
Orxan