20 sentyabrda Fransada dizel yanacağının qiyməti litri üçün orta hesabla 2,41 avroya çatıb.
Bu, təchizatın ciddi şəkildə kəsildiyi geosiyasi böhran fonunda yeni rekorddur:
"Bazar günü ölkə İqtisadiyyat Nazirliyinin veb saytı "Prix-carburants.gouv.fr”də 8700-dən çox yanacaqdoldurma məntəqəsində göstərilən qiymətlərdən hesablanan orta göstəriciyə görə, saat 10:30-da dizel yanacağının bir litrinin qiyməti 2,41 avroya çatıb ki, bu da bir gün əvvəl müəyyən edilmiş əvvəlki rekordu keçib. Bəzi məntəqələrdə qiymət 2,90 avroya çatıb və litri üçün simvolik 3 avro həddinə yaxınlaşır.
Benzinə gəldikdə isə , qurğuşunsuz 95 benzininin orta qiyməti litrinə 2,25 avro, "SP95-E10” benzininin isə litrinə 2,17 avro təşkil edir ki, bu da 2022-ci ilin pik həddini on gündən çoxdur ki, aşır. 6800-dən çox yanacaqdoldurma məntəqəsində qeydə alınan orta göstəriciyə görə, bazar günü "SP98” benzininin orta qiyməti 2,28 avronu keçib.
//bakıvaxtı.az











































