Norm Sement zavodunun istehsal gücü artırılıb - FOTOLAR

Norm Sement zavodunun istehsal gücü artırılıb - FOTOLAR
İQTİSADİYYAT
10:33 08.01.2026
1612

"Norm” ASC tərəfindən Norm Sement zavodunun klinker istehsalı gücünün artırılması ilə bağlı layihə uğurla sona çatdırılıb.

AZXEBER.COM xəbər verir ki, zavodun klinker istehsalı gücü illik 1,76 milyon tondan 2 milyon tona qaldırılaraq, təxminən 14%-lik artım təmin edilib ki, bu da il ərzində 240 min ton əlavə klinker istehsalı imkanı deməkdir. Layihənin icrasına beynəlxalq tərəfdaşlar - Çinin "BTIEC”, Almaniyanın "Gebr. Pfeifer” and "Claudius Peters” şirkətləri cəlb edilib.

Şirkətin Baş icraçı direktoru Henning Sasse qeyd edib ki, sement bazarında hazırkı mərhələdə ölkədə təklif tələbi üstələsə də, şirkət uzunmüddətli strateji baxışına uyğun yanaşma tətbiq edir: "Biz ölkənin və regionun genişlənən infrastruktur ehtiyaclarını və ixrac imkanlarını nəzərə alaraq, zavodun istehsal gücünü artırmağa qərar verdik. Norm Sement zavodunun klinker istehsalı gücünün artırılması bizim üçün həm daxili bazarı təmin etmək, həm də xarici bazarlara klinker ixracı imkanlarını genişləndirmək baxımından mühüm addım oldu. Bu təşəbbüs, növbəti 15-20 il ərzində ölkə daxilində sement və klinker tələbatının yerli istehsal hesabına tam qarşılanmasını təmin etməklə, Azərbaycanın sənaye potensialının gücləndirilməsinə xidmət edəcək”.

"Norm”ASC-nin innovasiyalara davamlı sərmayəsi enerji sənayesi üçün strateji əhəmiyyət daşıyan quyu-tamponaj sementinin istehsalında da öz əksini tapır. Bu məhsul neft-qaz sektorunda quyuların təhlükəsizliyinin və etibarlılığının təmin olunmasında mühüm rol oynayır.  Şirkət bu istiqamətdə Azərbaycandakı SLB, həmçinin bp kimi beynəlxalq enerji şirkətləri ilə sıx əməkdaşlıq edir və tərəfdaşlıq münasibətlərini ildən-ilə genişləndirir.  Hazırda məhsul Orta Asiya ölkələrindən bəzilərinə ixrac olunur. Qarşıdan gələn illərdə quyu-tamponaj sementinin ixrac imkanlarının artırılması və ixrac coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Norm xüsusi növ sement sayılan quyu-tamponaj sementinin Azərbaycanda yeganə istehsalçısıdır və  şirkət, 2021-ci ildə Cənubi Qafqazda ilk dəfə olaraq, bu məhsulun istehsalı ilə bağlı Amerika Neft İnstitutundan müvafiq API sertifikatı əldə edib.

Həm sənaye, həm də ekoloji baxımdan məsuliyyətli fəaliyyət sərgiləyərən Norm, istehsal proseslərinin modernləşdirilməsi, resursların optimallaşdırılması və ətraf mühitə təsirin azaldılması istiqamətində də investisiyalar yatırır. İstehsal gücünün artırılması ilə yanaşı şirkət tərəfindən ötən ildən etibarən sement istehsalında klinker əmsalı 5%-ə qədər azaldılıb ki, bu da təxminən 85 min ton klinkerin əlavə sement istehsalına yönəldilməsinə imkan verir. Ölkənin sement istehsalı üzrə aparıcı müəssisəsi və tikinti materialları istehsalçısı olaraq, Norm məhsullarının klinker əmsalını optimizasiya etməklə, spesifik CO₂ emissiyalarını azaltmağı dayanıqlı inkişaf məqsədləri çərçivəsində ön planda tutur.

"Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir. Ölkə iqtisadiyyatının davamlı inkişafına dəstək məqsədilə NEQSOL Holding bir sıra investisiya layihələrinə imza atır. Norm Sement zavodunun istehsal gücünün artırılmasına yönəldilən sərmayə də bu strategiyanın mühüm tərkib hissəsini təşkil edir.

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"