Dünyanın ilk "Norovirus" peyvəndi sınaq mərhələsinə girdi.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu virus qusma və ishal kimi tez-tez yayıla bilən və xüsusilə xəstəxanalarda, qocalar evlərində, məktəblərdə və uşaq bağçalarında epidemiyalara səbəb olan simptomlarla tanınır.
"Norovirus" adətən bir neçə gün ərzində öz-özünə yox olsa da, xüsusilə yaşlılar, immun sistemi zəif olanlar və uşaqlar üçün ciddi nəticələrə səbəb ola bilər.
Qeyd edək ki, dünyada hər il təxminən 685 milyon yoluxma və 200 min ölüm var. İngiltərədə hər il təxminən 4 milyon xəstə var və 12 min insan xəstəxanaya yerləşdirilir.
Gülay