Norveçdəki diasporamız insan alveri ilə məşğuldur - ŞOK FAKTLAR
Bütün Xəbərlər
15:45 28.08.2012
1424
İnsan alveri ilə məşğul olan bir qrupun artıq Norveçə doğru yeriməsi və bu qrupda diaspora nümayəndələrimizin yer alması əlbəttə ki çox biabırçı faktların ortaya çıxmasına səbəb olmuşdur. Əlbəttə çoxları bu yazını oxuduqdan sonra belə bir məsələnin absurd olması fikrinə gələcəkdir. Lakin bir neçə faktları əsas gətirsək görərik ki, bir sıra məmurlarımız və ya onlara bağlı cinayətkar qruplar çox çirkin əməllər ilə məşğul olurlar və hətta bu işdə zərərçəkmiş şəxslər günahkar məhz Norveçdəki diasporamızın bəzi nümayəndələrini hesab edirlər. Doğrudan da 100 minlərdən əgər söhbət gedirsə onda insan alveri ilə məşğul olan qrupun fəaliyyəti də məhz vardır və bu qrup nə qədər məxfi olsa da insanlarımız bu məsələdə o qədər aldanıblar ki artıq şikayət edəcəyi bir yerləri də qalmamışdır. Çünki Norveçdə Azərbaycan səfirliyi olmadığından bütün suallar bizim yerlərdəki diaspora nümayəndələrinə yönəldilir, bəs diaspora nümayəndələri bu məsələdə susanda onda kim cavab verməlidir? Birdəki susmaq o əlamətdir ki, bizim hörmətli diasporamız bu məsələdə xəbərdardır və ya əlbirdir. Məsələnin konkretliyinə gəldikdə isə bir neçə mənbə tərəfindən təsdiqlənən bu qrupun sadəcə bir əməlini bu gün sizlərin diqqətinə yetirək, ümumilikdə bu məsələnin aşkarlanması üçün bizim həmkarlarımız elə zərərçəkmişlərlə söhbət etmiş həqiqətən Azərbaycan vətəndaşının gəlib Norveçə çıxması və orada küçələrdə qalması faktlarını əldə etmişlər.Beləliklə, 22.08.2012-ci ildə Norveçdə guya yaşayan “Seyid” ləqəbli İbrahim adlı azərbaycanlı Bakıdan Norveçə iki nəfər yollayır və bildirir ki, guya Azərbaycanın Norveçdəki diaspora nümayəndəliyi həmvətənlərimiz üçün çoxlu sayda iş yerləri açmış, hətta Norveç hökumətinin rəsmilərindən buna nail olmuşdur. Məqsəd həmvətənlərimizin guya xüsusi peşələri yaxşı bilməsi Norveç hökumətini maraqlandırmış, dövlət səviyyəsində diasporamıza bildirilmişdir ki, həmin peşə sahiblərini (dülgər, rəngsaz, çilingər və.s) Norveçə dəvət etsinlər və onlara iş verilsin. Bu mövzu ilə Norveçə son 1 ildə bəlkə də 10-larla aldanılmış insanlarımız gətirilmişdir.Hadisənin təfərrüatı: Azərbaycanda işədüzəlmə firmaları ilə tapılan zərərçəkmişlərə gözəl nağıl söylənilir, sonra isə hər birindən 7000 manat pul alınır. Zərərçəkmişlərin bildirdiyinə görə “Seyid” uzun müddətdir Avropa ilə mütəmadi əlaqə saxlayır tez-tez Almaniya və Norveçə gedib-gəlir, ona hətta Avropada insan alverinin başçısı ləqəbi də qoymaq olar. Beləliklə, göstərilən 2 vətəndaşa viza alınır özüdə şengen vizası Litva səfirliyindən 7 günlük turist vizası. Axı bu doğru məsələdirsə onda niya Norveç vizası yox məhz Litva vizası?. Daha sonra yola düşən həmvətənlərimiz Litva aeroportundan Latviyanın Riga şəhərinə avtobusla yola düşürlər. Bu zaman “Seyid” hər zaman mobil telefon ilə Bakıdan məsələni kontrol edir və marşruta nəzarət edir. Latviyaya çatandan sonra Rigadakı Parom-gəmilə İsveçin paytaxtı Stokholma gəlirlər. Nəzərinizə çatdıraq ki, Litvadan Stokholma gəlmək üçün ən azı 2 gün zaman tələb olunur. Söhbətinə davam edən zərərçəkmişlər nəhayət 3-cü gün Norveçin paytaxtı Oslo şəhərinə yetişirlər. Yəni ayın 25-də Oslodan “Seyid”ə zəng vurulur bəs hanı diaspora nümayəndələri, bizi kim qarşılayacaq, dedi hələ problemlər çıxdı gedin Oslodakı Türk camisinə. Axı niyə Türk camisi? Deməli aldandıq, çünki daha sonra telefonlar susdu. Yenə sağ olsunlar türk qardaşlarımız bizi həmən evlərinə aldılar , küçələrdə qoymadılar. Nəzərinizə çatdıraq ki, zərərçəkmişlərdən biri artıq Almaniyaya qohumlarının yanına yola düşmüşdür. Digəri isə hələ “Seyid” umudunda diasporamızın nümayəndələrini gözləyir. Maraqlıdır ki, 7000 manata alınmış 7 günlük Litva şengen vizasının da zamanı artıq bitmişdir. Ən maraqlısı isə artıq zərərçəkmiş həmvətənimiz iltica etmək üçün Norveç dövlətinə müraciət edəcək və Azərbaycanın bu çür mafiozlarını bir daha görməmək üçün.Jurnalist etikasını nəzərə alaraq zərərçəkmişlərin adlarını məxfi saxlayırıq. Söylənilən bütün faktlar zərərçəkmişlərin razılığı əsasında səs qurğusuna yazılmışdır. Sonda onu da əlavə edə ki, hörmətli Norveçdəki diasporamız iş üçün Azərbaycandan daha iki nəfər dəvət etmişdir və məlumata görə onlar da artıq uzun səfər qət edirlər. Yəqinki diasporamıza dülgər ixtisaslı kadrlar yenə də lazımlıdır. /// Qazeta.com