"Nou Kamp"da sonuncu "El Klassiko"

İDMAN
12:54 03.05.2011
2150

Avropanın ən nüfuzlu klub turniri 2 illik əvvəlki finala doğru gedir. 

Söhbət “Barselona” – “Mançester Yunayted” görüşündən gedir ki, bu dəfə də həlledici oyuna vəsiqəyə onlar daha şanslıdırlar. Hər halda, “Real”la “Şalke”yə finala çıxmaq üçün səfərdə böyük hesablı qələbə qazanmaq çox çətin olacaq.

Üstəlik, “Real”ın baş məşqçisi Joze Mourinyo, aparıcı müdafiəçiləri Serxio Ramosla Pepe cəzalıdır. İspaniyanın əzəli rəqibləri son 18 gündə axırıncı “El Klassiko”ya çıxacaqlar. “Mançester Yunayted” üçün finala çıxmaq xüsusi əhəmiyyət kəsb edir. Axı bu ilki final ingilislərin vətənində - Londonda məşhur “Uembli” stadionunda olacaq.

Qeyd edək ki, “Barsa” 2 il öncə “Mançester Yunayted”i 2:0 hesabı ilə yenərək, uzun fasilədən sonra ÇL-i qazanmışdı.

3 may

23:45. “Barselona” (İspaniya) – “Real” (İspaniya)
İlk oyun – 2:0

4 may

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Şalke” (Almaniya)
İlk oyun – 2:0

 

OXŞAR XƏBƏRLƏR