Novruz Məmmədov Sarkisyanın bəyanatından danışdı

Novruz Məmmədov Sarkisyanın bəyanatından danışdı
Bütün Xəbərlər
14:31 20.01.2013
1017

Ermənistan prezidenti Serj Sarksiyanın bəyanatı seçkiqabağı kampaniyadır və öz xeyrinə səs yığmağa yönəlib.

 Təəssüflət olsun ki, Ermənistan hakimiyyəti xalqdan öz marağı üçün istifadə edir. Trend-in məlumatına görə, bunu bazar günü jurnalistlərə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Sarkisyanın Yerevanda Azərbaycanın ünvanına mənfi çıxışını şərh edərkən deyib. "Serj Sarkisyanın bu bəyanatı hakimiyyətdə qalması üçün Dağlıq Qarabaq münaqişəsindən istifadə etdiyini göstərir. Ona görə də bütün günahları Azərbaycanın üzərinə atır. Lakin bütün beynəlxalq ictimaiyyət və bəzi erməni dairələri də başa düşürlər ki, münaqişə ilə bağlı məsuliyyət Yerevanın üzərinə düşür. Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına çalışır və bunu beynəlxalq birliyə nümayiş etdirir" Məmmədov deyib.

OXŞAR XƏBƏRLƏR