Mart ayında bizi bir neçə maraqlı astroloji hadisə gözləyir - mikro ay və günəş tutulması.İlk astroloji hadisə martın 5-də Bakı vaxtı ilə saat 11:36 da yaşanacaq. Bu zaman bizim planetimizin peyki tam görünsə də, uzaq məsafədə olduğu üçün ölçüsü 13 faiz kiçik olacaq.Günəş tutulması isə mart aynın 20-də Novruz bayramına təsadüf edəcək. Tam günəş tutulması Norveç dənizində - İslandiya ilə Norveç arasında müşahidə ediləcək. Bu proses martın 20-də Bakı vaxtı ilə saat 12:12-də başlayacaq və 15:26-ya kimi davam edəcək.Mütəxəssislərin sözlərinə görə, günəş tutulmasını bəzi Skandinaviya ölkələri, Böyük Britaniya, Rusiyanın şimalında müşahidə edilə biləcək.