Novxanıda fəaliyyət göstərən hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb.
Bu barədə AZXEBER.COM-a məlumat Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin mətbuat xidmətindən verilib. Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı kəndindəki “Af Hotel Aqua Park” hotelində işləyən Gülbahar Əlizadə saxlanılıb.