Keçən ay Azərbaycanda 2 ədəd piyada və 14 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Bu barədə AZXEBER.COM-a məlumat Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən verilib.Qeyd olunub ki, minalardan əlavə 300 ədəd partlamamış hərbi sursat (PHS) da aşkarlanaraq zərərsizləşdirilib.Məlumata görə, keçən ay ərzində 3,623,150 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib.Noyabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.Hazırda əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb edilib.Qeyd edək ki, indiyədək cəmi 243,833,346 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı isə 687,750-dir.Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Gəncə, Lənkəran və Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.