Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!

Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
SOSİAL
10:47 02.11.2026
380
Noyabr ayında səmanı qeyri-adi mənzərə bəzəyəcək. Ayın 6-dan 30-dək davam edəcək Leonid meteor yağışının ən intensiv dövründə səmada saatda təxminən 15 meteor müşahidə etmək mümkün olacaq.

AZXEBER.COM xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir.

Azərbaycanda bu səma hadisəsini izləmək üçün ən əlverişli vaxt noyabrın 17-dən 18-nə keçən gecə saat 02:00-dan sübhədək olan müddətdir. Maksimuma yaxın saatlarda Ayın batması zəif meteorların da görünməsi üçün nisbətən əlverişli şərait yaradacaq.

Leonid meteor yağışı Yer kürəsinin "55P/Tempel–Tuttle” kometinin orbitində buraxdığı toz və xırda hissəciklər axınından keçməsi nəticəsində yaranır. Təxminən 33,2 ildən bir Günəş ətrafında tam dövr edən bu komet 1865-ci ildə alman astronomu Vilhelm Tempel, bir il sonra isə amerikalı astronom Horas Tattl tərəfindən müstəqil şəkildə kəşf edilib.

Leonidlərin əsas xüsusiyyətlərindən biri yüksək sürətlə hərəkət etmələridir. Belə ki, meteor hissəcikləri Yer atmosferinə saniyədə təxminən 71 kilometr sürətlə daxil olur. Atmosferlə qarşılıqlı təsir nəticəsində qızaraq parçalanan hissəciklər səmada parlaq işıq zolaqları yaradır.

Meteor yağışının radiantı, yəni meteorların səmada zahirən çıxdığı nöqtə Şir (Leo) bürcündə yerləşir. Leonid adı da məhz həmin bürclə əlaqədardır. Bununla belə, meteorları səmanın müxtəlif istiqamətlərində görmək mümkündür.

Leonidlər tarixdə güclü meteor fırtınaları ilə də yadda qalıb. Xüsusilə 1833, 1866, 1966 və 1999–2002-ci illərdə müşahidə olunan intensiv meteor yağışları astronomların böyük marağına səbəb olub. Bu cür fırtınalar Yer kürəsinin kometin orbitindəki daha sıx hissəcik axınlarından keçməsi zamanı baş verir.

Lakin 2026-cı ildə Leonidlərin müşahidəsi zamanı güclü meteor fırtınası gözlənilmir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
12:35 02.11.2026
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
12:31 02.11.2026
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
12:26 02.11.2026
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
12:21 02.11.2026
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirildi - FOTOLAR
12:12 02.11.2026
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirildi - FOTOLAR
Dərsə gəlməyən 10-11-ci sinif şagirdlərinin nəzərinə - Nazir müavinindən AÇIQLAMA
11:56 02.11.2026
Dərsə gəlməyən 10-11-ci sinif şagirdlərinin nəzərinə - Nazir müavinindən AÇIQLAMA
Bu həftə bürcləri nə gözləyir? – Həftəlik astroloji proqnoz
11:45 02.11.2026
Bu həftə bürcləri nə gözləyir? – Həftəlik astroloji proqnoz
Türkiyənin sosial media seqmentində Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır - Açıqlama
11:39 02.11.2026
Türkiyənin sosial media seqmentində Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır - Açıqlama
Bakıda sökülən evlərə görə ağaclar, zirzəmi, hasarlara da pul verilir
11:21 02.11.2026
Bakıda sökülən evlərə görə ağaclar, zirzəmi, hasarlara da pul verilir
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
11:14 02.11.2026
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
11:09 02.11.2026
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
11:08 02.11.2026
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
11:05 02.11.2026
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
10:47 02.11.2026
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
Qurban Bayramov vəfat etdi
10:39 02.11.2026
Qurban Bayramov vəfat etdi
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
10:37 02.11.2026
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib