Noyerin səhvi tarixi qolla nəticələndi

Noyerin səhvi tarixi qolla nəticələndi
İDMAN
06:00 11.10.2026
155
Almaniya Bundesliqasının 5-ci turunda keçirilən "Auqsburq” – "Bavariya” matçında tarixi rekord qeydə alınıb.

Meydan sahibləri oyunun 6-cı saniyəsində hesabı açıblar. Bu, Bundesliqa tarixinin ən erkən qolu olub.

Qol "Bavariya”nın qapıçısı Manuel Noyerin kobud səhvindən sonra vurulub. Komanda yoldaşından ötürmə alan təcrübəli qolkiper topu düzgün qəbul edə bilməyib.

Ardınca topu uzaqlaşdırmaq istəyərkən onu rəqib futbolçuya vurub. Yaranmış vəziyyətdən istifadə edən Robin Fellhauer boş qapını dəqiq nişan alıb.
 
///unikal.az///
OXŞAR XƏBƏRLƏR