NTV-nin “Prezident və Media-2026” marafonuna 30-a yaxın iştirakçı qoşuldu - VİDEO

NTV-nin “Prezident və Media-2026” marafonuna 30-a yaxın iştirakçı qoşuldu - VİDEO
MEDİA
13:09 11.01.2026
581
NTV-də "Prezident və Media–2026” adlı 3 günlük canlı xəbər marafonu keçirilib

AZXEBER.COM xəbər verir ki, yanvarın 7-dən etibarən Naxçıvan Televiziyasında (NTV) canlı yayımlanan "Prezident və Media–2026” adlı xüsusi layihə ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Üç gün davam edən canlı xəbər marafonu çərçivəsində proqramın qonağı olan 30-a yaxın müsahib aktual mövzular ətrafında fikirlərini bölüşüb.

Hər gün saat 17:00-dan 19:00-dək efirə gedən marafonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi mühüm mesajlar geniş şəkildə müzakirə olunub.

Canlı efirə dəvət olunan Ali Məclisin deputatları, politoloqlar, ekspertlər və tanınmış jurnalistlər, həmçinin efirə qoşulan Milli Məclisin deputatları Prezidentin çıxışında yer alan əsas məqamları təhlil edib, ölkənin daxili və xarici siyasəti ilə bağlı aktual məsələlərə aydınlıq gətiriblər.

Marafon zamanı dövlət–media münasibətləri, informasiya təhlükəsizliyi, regional proseslər, beynəlxalq münasibətlər, eləcə də Azərbaycanın 2026-cı ilə qədər olan inkişaf strategiyası diqqət mərkəzində saxlanılıb. Canlı debatlar və şərhlər tamaşaçılara baş verən prosesləri daha dərindən anlamaq imkanı yaradıb.

"Prezident və Media–2026” layihəsi dinamik formatı, peşəkar aparıcılığı və müxtəlif baxış bucaqlarını əhatə edən müzakirələri ilə fərqlənib. NTV-nin efirində üç gün ardıcıl canlı yayımlanan xəbər marafonu həm televiziya auditoriyası, həm də sosial media istifadəçiləri tərəfindən geniş izlənilib, qısa müddətdə yüksək baxış göstəriciləri əldə edib və həştəqlər vasitəsilə geniş şəkildə paylaşılıb.

Qeyd edək ki, Naxçıvan Televiziyasının digər xüsusi layihələri çərçivəsində gələcəkdə ölkənin televiziya kanalları ilə müxtəlif formatlarda telekörpülərin qurulması da nəzərdə tutulur.
 

OXŞAR XƏBƏRLƏR