Nura Suri prezident İlham Əliyevə məktub ünvanladı - TAM MƏTN

Nura Suri prezident İlham Əliyevə məktub ünvanladı - TAM MƏTN
Bütün Xəbərlər
01:35 16.09.2012
7854
Azərbaycan estradasının məşhur müğənnisi Nura Suri Milli Ordumuzun zabiti, Macarıstanda həbsdə olan Ramil Səfərovun vətənimizə dönüb, azad edilməsinə münasibət bildirib. Sevincini bölüşən Nura hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. AZXEBER.COM Prezidentin rəsmi saytında dərc olunan məkubu olduğu kimi təqdim edir: Möhtərəm Prezident! Milli Ordumuzun zabiti, Macarıstanda həbsdə olan Ramil Səfərovun səkkiz ildən sonra Azərbaycana ekstradisiya edilməsi və tərəfinizdən əfv olunması bir vətəndaş kimi məni çox sevindirdi. Bu, Azərbaycan dövlətinin xalqına olan qayğısının göstəricisidir. Siz bir daha sübut etdiniz ki, Azərbaycan dövləti öz vətəndaşına sahib çıxmağı bacarır. Əsasını ulu öndərimiz Heydər Əliyevin qoyduğu siyasi kursu uğurla davam etdirirsiniz. Ramil Səfərov məsələsində göstərdiyiniz qətiyyət xalqımızın Sizə, Ali Baş Komandana və Milli Ordumuza inamı daha da gücləndirdi. Bu, məni çox qürurlandırdı. Buna görə Sizə dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. İnanıram ki, Azərbaycan dövləti Sizin rəhbərliyinizlə böyük uğurlara imza atacaqdır. Dərin hörmətlə, Suri Aynurə Qəzənfər qızı Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
OXŞAR XƏBƏRLƏR