Nuran növbəti dəfə Eldar Mansurovun bəstəsini oxudu -VİDEO

Nuran növbəti dəfə Eldar Mansurovun bəstəsini oxudu -VİDEO
MAQAZİN
20:11 01.06.2026
208
Gənc artist Nuran ikinci dəfə Xalq artisti Eldar Mansurovun yaradıcılığına müraciət edib.

AZXEBER.COM xəbər verir ki, sənətçi bəstəkarın Opera Studiyasında keçirilən yaradıcılıq gecəsində "Dilbərim” mahnısını ilk dəfə səsləndirib.

İfa qısa zamanda sosial şəbəkələrdə trend olub, çox sayda istifadəçi tərəfindən paylaşılıb.

Müğənni sözügedən ifanı video-roliklə dinləyicilərinin ixtiyarına verib.

Qeyd edək ki, mahnının sözləri Pənah Rüstəmə məxsusdur. İlk ifaçısı Xalq artisti Ağadadaş Ağayev olub, layihənin musiqi prodüseri və NURAN-ın vokal koçu  Elçin Cəfərovdur. İfanın aranjiman və miks-masterinqi Dahinlə Rasim Əsgərova məxsusdur. 

Xatırladaq ki, NURAN daha öncə E. Mansurovun əsərlərindən "Ay yalançı”nı ifa etmişdi.
 


OXŞAR XƏBƏRLƏR