Müğənni Nuran "Avroviziya” mahnı müsabiqəsində iştirak etmək istəyir.
AZXEBER.COM xəbər verir ki, o, bu haqda "Xəzər Tv”də, "Qonaqcanlı” verilişində danışıb.
İfaçının sözlərinə görə, artıq yerli bəstəkarlarla əməkdaşlığa başlayaraq həm azərbaycan, həm də ingilis dillərində, milli çalarlarla zəngin bir kompozisiya hazırlayıb.
Nuran mahnısında Azərbaycanın milli musiqi alətləri olan saz və tarın sintezinə xüsusi yer verildiyini vurğulayaraq, özünəməxsus üslubunu qorumaqla ölkəmizi beynəlxalq arenada təmsil etmək niyyətində olduğunu bildirib.
O, növbəti il müsabiqə üçün hazırlıqlarını daha ciddi şəkildə davam etdirəcəyini vurğulayıb.











































