Nurçuların 4 önəmli şəxsi həbs olundu

Nurçuların 4 önəmli şəxsi həbs olundu
Bütün Xəbərlər
10:40 05.05.2014
816
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovu vəzifədən azad etməklə dövlət başçısı Azərbaycanın dünyəvi dövlət olaraq idarə edilməsinə hansısa, ruhani ton əlavə edənlərlə başladığı mübarizənin bitmədiyinə işarə vurdu. Buna qədər Elşad İskəndərov bəzi kütləvi-informasiya vasitələrində nurçuların və digər qeyri-ənənəvi təriqətlərinin dövlət səviyyəsində himayəsinin rəmzlərindən biri kimi təqdim olunurdu. Əlbəttə son bir neçə ayda çox dəstəmaz suyu axıb və bu baxımdan yəqin ki, bəzilərinin yadından çıxıb ki, Azərbycanda dini zəmində baş verən təhlükəli tendensiyalara ilk dəfə məhz ANS toxunmuşdu. Ardınca Qafqaz Müsəlmanları İdarəsi ciddi fətva ilə yekunlaşan mötəbər toplantı keçirmişdi. Daha sonra güc strutkturları İslamı siyasiləşdirən, bəzən isə hərbi-siyasi düşərgəyə çevirərək qeyri-qanuni silahlı birləşmələr şəklində Suriyaya döyüşə yollanan şəxs və qruplarla mübarizəyə başladığını elan etdi. Bir müddət əvvəl isə Türkiyədən Suriyaya müharibə mühacirətinə yola düşən iki azərbaycanlının saxlanıldığı üzə çıxdı və bununla da Türkiyə Azərbaycanla münasibətlərini hətta Suriya sərhəddində belə sədaqətlə qoruduğunu göstərdi. Biz xüsusilə indi, regionda baş verən həssas proseslər fonunda dini mühiti diqqət mərkəzində saxlamaqda davam edirik.
OXŞAR XƏBƏRLƏR