'O, bu hərəkəti edərsə, Azərbaycan qadının adına qara ləkə vurmuş olacaq' - BƏYANAT

Bütün Xəbərlər
18:01 19.05.2012
2494
Qarabağ Azadlıq Təşkilatı daha bir qrup deputatın - Musa Quliyev, Jalə Əliyeva və Asəf Hacıyevin Ermənistana səfər etmək niyyətini qətiyyətlə pisləyir və onların regional bir qurumun - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sessiyasına qatılmağa məcbur olmaları ilə bağlı özlərinə bəraət qazandırmaq cəhdlərinin əsassızlığını bildirir.QAT mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan bəyanatda bildirilir ki, onlar Ermənistana getməklə az qala qəhrəmanlıq etdiklərini, guya orda erməniləri ifşa edəcəklərini, hətta dünyaya Azərbaycanın necə tolerant və mədəni olduğunu göstərdiklərini bildirirlər. Bəyanatda daha sonra deyilir: “Bütün bunlar acı gülünc hissi doğurur və rüsvayçılıqdan başqa bir şey deyildir. Deputatlardan biri deyir ki, orda atamın qəbrini ziyarət etmək üçün Ermənistan rəhbərliyindən icazə istəmişəm. İşğalçı və terrorçu Ermənistan rəhbərliyinin qarşısında bu cür alçalmaq olmaz, normal insan bunu öz şəxsiyyətinə sığışdırmamalıdır. Biz inanmırıq ki, atasının ruhu onu bağışlayacaq, məzarı isə onu qəbul edəcək. Ölülərin ruhu bu cür dirilərdən daha qeyrətlidir. Qadın deputatımız isə işğalçı Ermənistana gedən ilk Azərbaycanlı qadın olması ilə fəxr etdiyini bildirib. Yüzlərlə azərbaycanlı qadın ermənilərlə üzbəüz cəbhədə düşmənə qarşı rəşadətlə vuruşub. Biz bu qadınlarla fəxr edirik. Bu gün işğalçı və terrorçu, Xocalı faciəsini törətmiş, yüzlərlə qadını qətlə yetirmiş, onlarla qadını əsirlikdə saxlayan Ermənistan rəhbərliyinin hüzuruna gedən Azərbaycan qadınını başa düşmür, hesab edirik ki, o, bu hərəkəti edərsə, Azərbaycan qadının adına qara ləkə vurmuş olacaqdır. Biz xanım deputatı bu addımı atmamağa çağırırıq. Getmək istəyən deputatlardan biri də Gəncəni təmsil edir. Biz onu Cavad xanın ruhu qarşısında öz məsuliyyətini dərk etməyə çağırırıq, tariximizə Cavad xan kimi şəxsiyyəti vermiş gəncəlilərin isə onun deputatlığına necə dözdüyünü başa düşmürük.
OXŞAR XƏBƏRLƏR