Ötən gün məşhur Hollivud aktyoru 54 yaşlı Maykl Klark Dunkan ölüb. ANS PRESS-in İTAR-STAR-a istinadən verdiyi məlumata görə, tanınmış aktyor bazar ertəsi Los-Anceles şəhərindəki xəstəxanaların birində dünyasını dəyişib.Xatırladaq ki, aktyor və prodüser kimi çalışan Maykl Dunkan “Yaşıl mil”, “Doqquz yard”, “Armaqeddon", “Günahlar şəhəri" və s. kimi filmlərdə rol alıb.